Kateqoriyalar
Sırala
ID 0150977

Azərbaycan Qran-prisi: "Formula 2"də sprint yarışı

“Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi müəyyənləşib. Bakı Şəhər Halqasında keçirilən sprint yarışına saat 08:15-də start verilib. Mübarizənin yekununda “DAMS Lucas Oil” komandasının pilotu Dino Beqanoviç finiş xəttini birinci keçərək yarışın qalibi olub. “Trident” komandasının pilotu Laurens Van Hoepen ikinci, “Rodin Motorsport”dan Aleks Dann isə üçüncü yeri tutub. Yarışın ardından ilk üçlükdə qərarlaşan pilotlara mükafatlar təqdim olunub. Bu gün “Formula 2” üzrə birinci əsas yarışla yanaşı, “Formula 1”də üçüncü sərbəst yürüş və sıralama turu da keçiriləcək. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da əsas yarışla başa çatacaq.

Digər fotolar
arrow-up