Kateqoriyalar
Sırala
ID 0151037

Azərbaycan Qran-prisi "Formula 1"də üçüncü sərbəst yürüş

“Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb. Bakı Şəhər Halqasında keçirilən sessiyaya saat 12:30-da start verilib. Yürüşün yekununda “Red Bull” pilotu Maks Ferstappen 1 dəqiqə 43,922 saniyə nəticə ilə birinci olub. “Mercedes”dən Corc Rassell ikinci, “Ferrari” pilotu Lüis Hemilton isə üçüncü yeri tutub. İlk iki sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən Rassell üçüncü sessiyada liderliyini qoruya bilməyib. Beləliklə, Ferstappen son məşq sessiyasında ən sürətli pilot olub. Bu gün “Formula 1” üzrə sıralama turu da keçiriləcək. Sıralama turunun nəticələrinə əsasən pilotların sentyabrın 26-da keçiriləcək əsas yarışdakı start mövqeləri müəyyənləşəcək. Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da saat 15:00-da başlayacaq.

Digər fotolar
arrow-up