Kateqoriyalar
Sırala
ID 0151094

Azərbaycan Qran-prisi "Formula 2"də birinci əsas yarış

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin ilk əsas yarışı başa çatıb. Bakı Şəhər Halqasında keçirilən yarışa saat 14:15-də start verilib. Mübarizənin yekununda “Rodin Motorsport” komandasının pilotu Aleks Dann bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb və yarışın qalibi olub. Dannın komanda yoldaşı Martinius Stenşorne ikinci, “DAMS Lucas Oil” komandasının pilotu Dino Beqanoviç isə üçüncü yeri tutub. Yarışın ardından ilk üç pillədə qərarlaşan pilotlara mükafatlar təqdim edilib. Qeyd edək ki, Azərbaycan Qran-prisi çərçivəsində bundan əvvəl keçirilən sprint yarışında Dino Beqanoviç qalib olub. “Formula 2” üzrə mübarizə Azərbaycan Qran-prisi çərçivəsində davam edib. Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Digər fotolar
arrow-up