Kateqoriyalar
Sırala
ID 0151136

Azərbaycan Qran-prisi "Formula 1"də sıralama turu

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb. Bakı Şəhər Halqasında keçirilən üç mərhələli mübarizənin yekununda “Mercedes” komandasının pilotu Corc Rassell ən yaxşı nəticəni göstərərək sıralama turunun qalibi olub. “Ferrari” pilotu Şarl Lekler ikinci, “McLaren”dən Oskar Piastri isə üçüncü yeri tutub. Rassell bununla əsas yarış üçün start mövqeyini müəyyənləşdirib. O, Azərbaycan Qran-prisinin ilk iki sərbəst yürüşündə də ən yaxşı nəticəni göstərmişdi. Bu gün keçirilən üçüncü sərbəst yürüşdə isə “Red Bull” komandasının pilotu Maks Ferstappen birinci olub. Sıralama turunun nəticələrinə əsasən pilotların əsas yarışdakı start düzülüşü müəyyənləşib. Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək.

Digər fotolar
arrow-up