Kateqoriyalar
Sırala
ID 0151228

Azərbaycan Qran-prisi: "Formula 1" azarkeşləri

Bakıda “Formula 1” həyəcanı davam edir. Dünyanın müxtəlif ölkələrindən Azərbaycan Qran-prisini izləmək üçün gələn azarkeşlər Bakı Şəhər Halqasının tribunalarında toplaşaraq şəhərdə rəngarəng və möhtəşəm ab-hava yaradıblar. Tribunalarda müxtəlif ölkələrin bayraqları dalğalanır, azarkeşlər sevdikləri pilot və komandaların atributları ilə yarışa dəstək verirlər. Balaca fanatlar isə özləri hazırladıqları “Lewis Hamilton” və “Charles Leclerc” yazılı plakatlarla trasdakı mübarizəni böyük maraqla izləyirlər. “Ferrari”, “McLaren”, “Aston Martin” və “Mercedes” komandalarının formalarını geyinən azarkeşlər də Bakı küçələrində və yarış ərazisində xüsusi atmosfer yaradırlar. Yerli sakinlərlə yanaşı, xarici turistlərin də iştirak etdiyi Qran-pri Bakı üçün yalnız idman tədbiri deyil, həm də müxtəlif ölkələrdən insanların bir araya gəldiyi böyük beynəlxalq tədbirə çevrilib. Bakı Qran-prisi qədim şəhər memarlığı ilə müasir avtoidmanın sürətini bir araya gətirərək paytaxtın özünəməxsus simasını nümayiş etdirir. Bu il Azərbaycan Qran-prisini rekord sayda azarkeş izləyir. Yarışın biletləri 120-dən çox ölkədən 16 mindən artıq azarkeş tərəfindən alınıb.

Digər fotolar
arrow-up