Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışı davam edir. Bakı Şəhər Halqasında keçirilən yarışda 20 dövrədən sonra “Mercedes” pilotu Corc Rassell liderliyini qoruyub. “McLaren”dən Oskar Piastri ikinci, “Red Bull” pilotu Maks Ferstappen isə üçüncü pillədə qərarlaşıb. Yarışa saat 15:00-da start verilib. Bundan əvvəl keçirilən sıralama turunda Corc Rassell ən yaxşı nəticəni göstərərək əsas yarışa ilk sıradan başlayıb. Bakı treki 20 döngədən və 51 dövrədən ibarətdir. Ümumi uzunluğu 306,049 kilometr olan trasda mübarizə davam edir.
Digər fotolar
