Kateqoriyalar
Sırala
ID 0151272

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib. “Mercedes” komandasının pilotu Corc Rassell 51 dövrədən ibarət əsas yarışı birinci pillədə başa vuraraq Bakıda qalib olub. Bu, Rassellin karyerasında Azərbaycan Qran-prisində ilk qələbəsidir. “Red Bull” pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü yeri tutub. Yarışa ilk sıradan başlayan Rassell mübarizə boyunca liderliyini qoruyaraq finiş xəttinə birinci çatıb. Beləliklə, “Mercedes” pilotu Bakı Şəhər Halqasında keçirilən yarışın qalibləri sırasına qoşulub. Qeyd edək ki, Bakı treki 20 döngə və 51 dövrədən ibarətdir. Trasın ümumi uzunluğu 306,049 kilometrdir. Azərbaycan Qran-prisinin əsas yarışı saat 15:00-da start götürüb.

Digər fotolar
arrow-up