Kateqoriyalar
Sırala
ID 0151281

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi və mükafatçıları müəyyənləşib. Bakı Şəhər Halqasında keçirilən 51 dövrəlik əsas yarışda “Mercedes” komandasının pilotu Corc Rassell birinci yeri tutub. “Red Bull” pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub. Yarışın başa çatmasından sonra ilk üç pillədə qərarlaşan pilotların mükafatlandırma mərasimi keçirilib. Corc Rassell karyerasında ilk dəfə Azərbaycan Qran-prisinin qalibi kimi podiuma yüksəlib. Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər. İlk üç pillədə qərarlaşan pilotlara mükafatları müvafiq olaraq Məhəmməd Ben Sulayem, Fərid Qayıbov və Anar Ələkbərov təqdim ediblər. Qeyd edək ki, Bakı Şəhər Halqası 20 döngə və 51 dövrədən ibarətdir. Trasın ümumi uzunluğu 306,049 kilometrdir.

Digər fotolar
arrow-up