Kateqoriyalar
Sırala
ID 0151432

Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir

Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib. Tədbirdə prokurorluq əməkdaşlarının fəaliyyəti, müharibə dövründə və sonrakı mərhələdə görülən işlər, eləcə də bir qrup əməkdaşa verilən ali xüsusi və ali hərbi rütbələr barədə məlumat verilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib. Sərəncama əsasən, Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroruna II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Emin Ramiz oğlu Mürsəliyevə və Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavinlərinə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavininə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib. Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. O qeyd edib ki, prokurorluq əməkdaşları həm müharibə dövründə, həm də müharibədən sonrakı mərhələdə erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə və infrastruktura vurulmuş ziyanın, eləcə də törədilmiş digər cinayətlərin müəyyən edilməsi, araşdırılması və ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstəriblər. Baş prokuror İkinci Qarabağ müharibəsində əldə olunan uğurlarda prokurorluq əməkdaşlarının da mühüm rol oynadığını vurğulayıb.

Digər fotolar
arrow-up