Kateqoriyalar
Sırala
ID 0151480

FHN-nin çimərlik mövsümünün başa çatması ilə bağlı təşkil etdiyi birifinq

Cari ilin çimərlik mövsümündə xilasedicilər sudan ümumilikdə 59 nəfərin meyitini çıxarıb. Ötən ilin analoji dövründə bu göstərici 68 nəfər olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, sudan çıxarılan 59 nəfərdən yalnız 29-nun birbaşa çimərkən sudaboğulma nəticəsində öldüyü müəyyənləşdirilib. Digər halların isə ilkin araşdırmalara əsasən ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və digər səbəblərdən baş verdiyi müəyyən olunub. Cari ilin ötən dövründə qeyri-çimərlik ərazilərində isə ümumilikdə 64 nəfərin meyiti sudan çıxarılıb. Ötən ilin analoji dövründə bu rəqəm 85 nəfər olub. Bu, təxminən 25% azalma deməkdir.

Digər fotolar
arrow-up