Kateqoriyalar
Sırala
ID 0151827

Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası

Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir. İclas çərçivəsində ticarət-iqtisadi, energetika, səhiyyə, kənd təsərrüfatı, kibertəhlükəsizlik, qida təhlükəsizliyi, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması və sənədlərin imzalanması nəzərdə tutulur. Azərbaycan və Böyük Britaniya arasında 1 protokol və 4 sənəd imzalanacaq. Sənədi Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, qarşı tərəfdən Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvar imzalayacaq. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bilidirb ki, Azərbaycan və Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək potensialına malikdir. Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniya qarşılıqlı etimad və inama əsaslanan güclü siyasi və iqtisadi əlaqələrə malik uzunmüddətli dostlardır. Nazir qeyd edib ki, ötən il Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi 67 % artıb. Böyük Britaniyanın Sahibkarlıq, İnnovasiyalar, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvar xatırladıb ki, ötən il Bakı və London münasibətləri strateji tərəfdaşlıq səviyyəsinədək inkişaf etdirmək barədə razılığa gəliblər. O, Böyük Britaniya və Azərbaycan Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik etməyin böyük şərəf olduğunu vurğulayıb.

Teqlər
Digər fotolar
arrow-up