Kateqoriyalar
Sırala
ID 0151981

Dəzgah qrafikası rəssamı Elanora Mənsimova

Elanora Tofiq qızı Mənsimova 1968-ci il martın 15-də Qərbi Azərbaycanın Qafan şəhərində anadan olub. O, dəzgah qrafikası sahəsində fəaliyyət göstərən rəssamdır. 2025-ci ildən Azərbaycan Rəssamlar İttifaqının dəzgah qrafikası bölməsinin, 2023-cü ildən isə Beynəlxalq Qalereyanın üzvüdür. Rəssam 1990-cı ildən Uşaq Yaradıcılıq Sarayında təsviri sənət bölməsinin müdiri kimi fəaliyyət göstərib. 1996-cı ildən pedaqoji fəaliyyətlə də məşğul olan Elanora Mənsimova 2016-cı ildən həmin müəssisənin Təsviri Sənət Qalereyasında rəssam-müəllimə və tərtibatçı rəssam kimi çalışır. Onun ilk fərdi sərgisi 2011-ci ildə Türkiyənin Ankara şəhərində, Qazi Universitetində Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunub. Sərgidə rəssamın 39 əsəri nümayiş etdirilib. 2023-cü ildə Beynəlxalq Qalereyada daha iki fərdi sərgisi keçirilib. Elanora Mənsimova 2023-cü ildə 1 nömrəli Uşaq-Gənclər Mərkəzi tərəfindən “İlin ən fəal müəllimi” diplomuna layiq görülüb. 2024-cü ildə “Uğurlarınızla” layihəsi çərçivəsində “Yaradıcı rəssam” kuboku ilə təltif olunub. 2025-ci ildə Daşkənddə keçirilən “Dünyanı sənət qurtaracaq – Rənglərin qardaşlığı” adlı beynəlxalq sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan rəssamları ilə birlikdə iştirak edib və diploma layiq görülüb. Onun “Dünyanı gözəllik xilas edəcək” adlı üçüncü fərdi sərgisi Beynəlxalq Qalereya, World Art Club və Madeni Art Gallery-nin birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə rəssamın 46 əsəri nümayiş olunub. 2026-cı ildə isə “Uğurlarınızla” layihəsində iştirak edib.

Digər fotolar
arrow-up