Kateqoriyalar
Sırala
ID 0151994

Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfrans

Bakıda Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının rəhbərləri, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müasir informasiya mühitində gənclərin dünyagörüşünün düzgün formalaşdırılmasının vacibliyini vurğulayıb. “Müasir dövrdə yalnız informasiya təhlükəsizliyindən deyil, həm də düşüncə təhlükəsizliyindən danışmalıyıq. Gənclərin dini biliklərinin düzgün, sağlam və etibarlı mənbələr əsasında formalaşdırılması xüsusi əhəmiyyət daşıyır”, – deyə o bildirib. Gənclər və idman naziri Fərid Qayıbov isə gənclərin uğurlarından və milli-mənəvi dəyərlərə bağlılığından danışıb. “Azərbaycan qazandığı zəfərdən sonra gənclərimiz də müxtəlif sahələrdə yeni qələbələr qazanıblar. Onlar ölkəmizi müxtəlif beynəlxalq platformalarda, çempionatlarda qürurla təmsil edirlər. Gənclərin öz tarixini və milli-mənəvi dəyərlərini unutmaması çox vacibdir”, – deyə nazir qeyd edib. Konfransda milli kimlik, vətənpərvərlik, ailə dəyərləri, sosial məsuliyyət və rəqəmsal savadlılığın gənclərin tərbiyəsindəki rolu müzakirə olunub. Tədbir çərçivəsində ailə, təhsil və cəmiyyətin gənclərin formalaşmasında rolu, eləcə də müasir informasiya mühitində milli dəyərlərin qorunması mövzularında panel sessiyaları keçirilib.

Teqlər
Digər fotolar
icon
arrow-up