Kateqoriyalar
Sırala
ID 0152125

Dənizkənarı Milli Parkda keçirilən Çay Festivalı

Bakı bulvarında oktyabrın 12-dən 18-dək Çay Festivalı keçirilir. Dənizkənarı Milli Parkda, Kukla Teatrının yaxınlığında təşkil olunan festival Azərbaycanın özünəməxsus çay mədəniyyətini və zəngin ənənələrini bir araya gətirir. Festivalda Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrə xas şirniyyatlar və çay süfrəsini tamamlayan müxtəlif təamlar təqdim olunur. Ziyarətçilər həmçinin çay süfrəsinə aid ənənəvi və dekorativ əşyalarla tanış olmaq imkanı əldə edirlər. Tədbirdə çay mədəniyyəti ilə seçilən digər ölkələrin nümayəndələri də iştirak edirlər. Festivalın məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları bir araya gətirən, qonaqpərvərliyi və ünsiyyəti təcəssüm etdirən mədəni ənənə kimi təqdim etməkdir.

Digər fotolar
arrow-up