Kateqoriyalar
Sırala
ID 0152175

Kambocanın Baş naziri Hun Manet

Hun Manet, 22 avqust 2023-cü ildən Kamboca Krallığının Baş naziri və dörd ulduzlu generaldır. O, bu vəzifədə təxminən 40 il ölkəni idarə etmiş atası Hun Seni əvəz edib.O, ABŞ-nin məşhur Vest-Poynt Hərbi Akademiyasından (1999) məzun olan ilk Kamboca vətəndaşıdır. Nyu-York Universitetində magistr, Böyük Britaniyanın Bristol Universitetində isə iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb. Kamboca Kral Silahlı Qüvvələrində müxtəlif komandan vəzifələrində çalışıb, o cümlədən Quru Qoşunlarının komandanı və Baş qərargah rəisinin müavini olub. Hun Manet AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Sammitində iştirak etmək məqsədilə 11 oktyabrda Bakıya rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, ölkələr arasında müdafiə, təhlükəsizlik, təhsil, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq müqavilələri imzalanıb. O, həmçinin Bakıda Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib.

Digər fotolar
arrow-up