Kateqoriyalar
Sırala
ID 0152704

Bakıda keçirilən Sumo üzrə dünya çemponatı

2026-cı ildə dünyanın idman paytaxtı olan Bakı müxtəlif idman yarışlarına ev sahibliyi edir. Bu gün, oktyabrın 17-də paytaxtda sumo güləşi üzrə dünya çempionatı başlayıb. Oktyabrın 18-dək davam edəcək yarışlar Bakı İdman Sarayında keçirilir. Sumo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda təşkil olunur. Yarışlarda böyüklərlə yanaşı, U-18 yaş qrupunda oğlanlar və qızlar da mübarizə aparırlar. İdmançılar fərdi və komanda yarışlarında qüvvələrini sınayırlar. Azərbaycanın dünya və Avropa çempionatlarının mükafatçıları olan sumoçuları da doğma meydanda yüksək nəticələr uğrunda mübarizə aparırlar. Bakıda keçirilən dünya çempionatında beynəlxalq həvəskar sumo formatı tətbiq olunur. Bu formatda idmançılar çəki dərəcələri üzrə yarışır, qadınlar arasında da ayrıca mübarizə təşkil edilir. Bu xüsusiyyətlər beynəlxalq həvəskar sumonu peşəkar yapon sumosundan fərqləndirir.

Digər fotolar
arrow-up