Kateqoriyalar
Sırala
ID 0152816

UEFA Çempionlar Liqasının liqa mərhələsinin "Sabah" - "Borussiya Dortmund" oyunu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah” doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən gərgin mübarizə qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Borussiya”nın heyətində Seru Qirassi 10-cu və 53-cü dəqiqələrdə fərqlənərək dubl edib. Azərbaycan çempionunun yeganə qolunu isə 39-cu dəqiqədə Eyden Makkarti vurub. İspaniyalı FIFA referisi Xavyer Alberola Roxasın idarə etdiyi matçın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Fasilədən sonra Qirassinin vurduğu qol Dortmund təmsilçisinə qələbə qazandırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu noyabrın 4-də səfərdə Norveçin “Vikinq” klubuna qarşı keçirəcək.

Digər fotolar
arrow-up