Kateqoriyalar
Sırala
ID 0152906

12-ci Bakı Beynəlxalq Kitab Sərgisi

Bakı Ekspo Mərkəzində keçirilən XII Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. Sərginin açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, yazıçılar, şairlər və digər qonaqlar iştirak ediblər. Kitab və mütaliə həvəskarlarını, yerli və xarici yazıçıları, nəşriyyatları bir araya gətirən sərgidə ədəbiyyatın müxtəlif sahələrini əhatə edən nəşrlər təqdim olunur. Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək. Sərginin builki yerli fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazıçısı Reyhan Yusifqızı, xarici fəxri yazarları isə iranəsilli yazıçı Pərinuş Sənii və Böyük Britaniya yazıçısı Darren Simpsondur.

Digər fotolar
arrow-up