Kateqoriyalar
Sırala
ID 0153138

Şəki Dövlət Rəsm Qalereyası

Şəki Dövlət Rəsm Qalereyası 1895-ci ildə Çar Rusiyası əsgərləri üçün kazarma kimi inşa edilmiş tarixi binada yerləşir. Dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsi 1982-ci ildən qalereya kimi fəaliyyət göstərir. Çay daşı və bişmiş kərpicdən yerli memarlıq üslubunda tikilmiş bina bir mərtəbədən, üç sərgi zalından və dörd otaqdan ibarətdir. Tikili qərbdən və cənubdan qala divarları ilə əhatə olunub. Binada tarixi-memarlıq xüsusiyyətləri qorunmaqla 2022-ci ildə bərpa işləri aparılıb. Qalereyanın fondunda 361 eksponat var. Onlardan 71-i ekspozisiyada nümayiş etdirilir, 290-ı isə fond otağında saxlanılır. Sərgilənən nümunələrin 61-i rəsm əsəri, 10-u isə heykəldir. Rəsm əsərlərinə 25 qrafika, 31 rəngkarlıq və 5 dekorativ-tətbiqi sənət nümunəsi daxildir. Ekspozisiyada Azərbaycan incəsənətinin müxtəlif dövrlərini, üslub və janrlarını əks etdirən əsərlər təqdim olunur.

Digər fotolar
arrow-up