Kateqoriyalar
Sırala
ID 0153243

Teatrşünas, yazıçı və dramaturq Aydın Talıbzadə

Aydın Talıbzadə — 1958-ci il oktyabrın 5-də Bakıda anadan olmuş teatrşünas, yazıçı, dramaturq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor və Əməkdar incəsənət xadimidir. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq şöbəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışır, teatrşünaslıq sahəsində elmi-pedaqoji fəaliyyət göstərir. O, teatr tarixi, Şərq mədəniyyəti, fəlsəfə və ədəbiyyat mövzularında çoxsaylı elmi və publisistik məqalələrin, monoqrafiyaların və romanların müəllifidir. “Mehdi müəmması və ya sənətdə konseptual hamletizm”, “Əbuhübb” və “Ramana” onun tanınmış əsərlərindəndir. Aydın Talıbzadə, həmçinin “Azərbaycan xalçası” və “Ramazan dalğası” sənədli filmlərinin ssenarisini yazıb, rus dilindən Azərbaycan dilinə tərcümələr edib. 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif olunan Aydın Talıbzadə 2015-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2024-cü ildə Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı — 2024” mükafatını alıb.

Digər fotolar
arrow-up