Kateqoriyalar
Sırala
ID 0153295

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib. Tədbir Bakı Kristal Zalında baş tutub. İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib. Təşkilat Komitəsinin sədri Samir Şərifov və FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatının önəmindən bəhs ediblər. Rəsmi şəxslərin çıxışından sonra açılış mərasiminin bədii proqramı baş tutub. Son olaraq FIFA-nın və iştirakçı ölkələrin bayraqları meydana gətirilib. Bu gün start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq. Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək. Azərbaycan millisi bu gün Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək.

Digər fotolar
arrow-up