Kateqoriyalar
Sırala
ID 0153468

Pakistan səfirliyində keçirilən "Kəşmirin Qara Günü" tədbiri

Bakıda “Kəşmirin qara günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Cammu və Kəşmirdəki vəziyyət, insan hüquqları ilə bağlı iddialar və münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli məsələləri müzakirə olunub. Pakistanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Sara İjaz bildirib ki, 2019-cu il avqustun 5-də Hindistan Konstitusiyasının 370-ci və 35-A maddələrinin ləğvindən sonra Hindistanın nəzarətində olan Cammu və Kəşmirdə insan hüquqlarının pozulması halları davam edir. Onun sözlərinə görə, həmin tarixdən etibarən özbaşına həbslər, məhkəmədənkənar qətllər, media və kommunikasiya vasitələrinə məhdudiyyətlər artıb. Diplomat, həmçinin regionun demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlmiş cəhdlərdən danışıb. Sara İjaz vurğulayıb ki, Cammu və Kəşmirin mübahisəli statusu birtərəfli qərarlarla dəyişdirilə bilməz və Kəşmir xalqının öz müqəddəratını təyin etmək hüququ beynəlxalq hüquq normalarına uyğun qorunmalıdır. Sonda diplomat Azərbaycanın Kəşmir məsələsində nümayiş etdirdiyi prinsipial və ardıcıl mövqeyə görə təşəkkürünü bildirib.

Digər fotolar
arrow-up