Kateqoriyalar
Sırala
ID 0153546

Baş prokuror Kamran Əliyevin Rusiya və Səudiyyə Ərəbistanının baş prokurorları ilə görüşü

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının və Səudiyyə Ərəbistanının baş prokurorları ilə ikitərəfli görüşlər keçirib. Azərbaycan və Rusiya arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq, eləcə də prokurorluq orqanları arasındakı münasibətlər ikitərəfli əlaqələrin mühüm istiqamətlərindən biri olaraq qalır. Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan azərbaycanlı həmkarı Kamran Əliyevlə birgə keçirdiyi brifinqdə iki ölkəni birləşdirən ümumi tarixə, prokurorluq orqanlarının oxşar strukturuna və dostluq münasibətlərinə diqqət çəkib. O, birgə səylərlə müxtəlif məsələlərin həllinin mümkünlüyünü vurğulayıb. Kamran Əliyevin Səudiyyə Ərəbistanının baş prokuroru ilə görüşündə də iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Digər fotolar
arrow-up