Kateqoriyalar
Sırala
ID 0153560

ADY-nin Yeni Suraxanı - Hövsan xətti üzrə görülən işlərə dair təşkil etdiyi mediatur

Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası ilə bağlı jurnalistlər üçün mediatur təşkil olunub. Mediatur zamanı layihənin gedişi və görülən işlər barədə məlumat verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, layihələndirmə işlərinin 30 faizi artıq yekunlaşıb. Onun sözlərinə görə, ADY “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində dəmir yolu infrastrukturunun yenilənməsi istiqamətində işləri davam etdirir. Proqramda Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək xətləri ilə yanaşı, Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin də bərpası nəzərdə tutulub. Artıq qeyd olunan xətlər üzrə infrastruktur təhlil edilib və layihələndirmə işlərinə başlanılıb. Bəxtiyar Hacıyev qeyd edib ki, Yeni Suraxanı–Hövsan xəttinin mühafizə zonasında yerləşən yaşayış və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb. Onlarla müvafiq protokollar imzalanıb və kompensasiyalar ödənilib. Mühafizə zonasına düşən obyektlərin söküntüsü başa çatıb, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işlərinə başlanılıb. Layihəyə əsasən, Yeni Suraxanı–Hövsan xəttində ümumilikdə dörd stansiyanın tikintisi və ya bərpası planlaşdırılır. Onlardan üçü Hövsan ərazisində yerləşəcək. Hər stansiyada piyada keçidlərinin, avtomobil yolları ilə kəsişən hissələrdə isə müxtəlif səviyyəli körpülərin inşası nəzərdə tutulur.

Digər fotolar
arrow-up