Kateqoriyalar
Sırala
ID 0153585

FIFA U-15 Dünya çempionatı və festivalının Kristal Hall-da keçirilən bağlanış mərasimi

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib. Tədbir Bakı Kristal Zalında baş tutub. Bağlanış şousu Azərbaycanın milli mədəniyyətini və idman ruhunu əks etdirən 8 səhnədən ibarət olub. Şou zamanı uşağın 11 metrlik penalti zərbəsi ilə impuls yaratması, balet artistlərinin Xəzər dənizini canlandırması, Toğrul Nərimanbəyovun əsərinin rəqslərlə təqdim olunması və atlı fiqurun çıxışı nümayiş etdirilib. Həmçinin nağaraçıların Şəki Xan Sarayının naxışları ətrafında kompozisiyası, “Sarı Gəlin” sədaları altında milli rəqs, Azər Nəsibovun 189 nəfərlik xorla işıq dairələrindəki çıxışı təqdim olunub. İştirakçıların meydanı tərk etməsi və çempionatın loqosunun nümayişi ilə tədbir yekunlaşıb. Oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edib. Çempionat çərçivəsində 1000-ə yaxın oyun keçirilib. U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində təşkil olunub. Açılış görüşü Kristal Zalında keçirildiyi kimi, final qarşılaşmaları da burada keçirilir.

Digər fotolar
arrow-up