Kateqoriyalar
Sırala
ID 0153604

FIFA U-15: Çexiya - İspaniya final oyunu

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalının A Divizionu üzrə qalibi müəyyənləşib. Bakı Kristal Zalında keçirilən final qarşılaşmasında İspaniya və Çexiya yığmaları üz-üzə gəlib. Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş İspaniya komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, İspaniya U-15 dünya çempionatının A Divizionunun qalibi olub. Qeyd edək ki, oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edib. Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.

Digər fotolar
arrow-up