Kateqoriyalar
Sırala
ID 0153756

Bakıda keçirilən III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı

Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir. Konfrans Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin aparılması, yeni tərəfdaşlıqların qurulması və yerli iştirakçılar üçün biznes imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Tədbirdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, səhiyyə müəssisələrinin və turizm sənayesinin təmsilçiləri, beynəlxalq ekspertlər, həmçinin Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edirlər. Konfrans çərçivəsində sağlamlıq turizminin inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.

Digər fotolar
arrow-up