Kateqoriyalar
Sırala
ID 0153760

Bakıda keçirilən III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı

Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir. Tədbirin əsas məqsədi Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialını beynəlxalq səviyyədə tanıtmaq, təcrübə mübadiləsini genişləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və yerli iştirakçılar üçün biznes imkanlarını artırmaqdır. Konfransda dövlət qurumlarının nümayəndələri, səhiyyə müəssisələrinin və turizm sənayesinin təmsilçiləri, beynəlxalq ekspertlər, həmçinin Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edirlər. Tədbir çərçivəsində sağlamlıq turizminin inkişaf perspektivləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur. Səhiyyə naziri Anar Bayramov konfransda çıxışı zamanı bildirib ki, turizmin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər çərçivəsində tibbi klasterlərin və azad iqtisadi zonaların yaradılması imkanları da nəzərdən keçirilir. Nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda sağlamlıq turizminin inkişafına da geniş yer ayrılıb. O qeyd edib ki, qarşıdakı dövrdə əsas prioritetlərdən biri dövlət proqramının müvafiq bəndləri üzrə tibbi turizmin inkişafına dair vahid strateji yanaşmanın formalaşdırılması, beynəlxalq akkreditasiya və keyfiyyət standartlarının tətbiqinin təşviqi, tibbi xidmətlərin rəqabət qabiliyyətinin artırılması və xarici pasiyentlərin Azərbaycana etimadının möhkəmləndirilməsi olacaq.

Digər fotolar
arrow-up