Kateqoriyalar
Sırala
ID 0153866

Ağdaşda keçirilən II Beynəlxalq Heyva Festivalı

Bu gün Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir. Tədbirdə 100-ə yaxın dövlət və özəl təşkilat iştirak edir. Ağdaşla yanaşı ölkənin digər bölgələrindən olan fermerlər də öz məhsullarını nümayiş etdirirlər. İştirakçılar müxtəlif heyva sortlarını, bu meyvədən hazırlanan mürəbbə və şirniyyatları, milli mətbəx nümunələrini, həmçinin əl işlərini və digər məhsullarını təqdim edirlər. Festivalda xüsusilə xalçaçılıq və digər sənətkarlıq nümunələri ziyarətçilərin marağına səbəb olur. Tədbirə yerli sakinlərlə yanaşı, müxtəlif bölgələrdən gələn qonaqlar və turistlər də qatılıblar. Festivalın əsas məqsədi Ağdaşın heyvaçılıq ənənələrini tanıtmaq, yerli istehsalçıların əməyini təşviq etmək, onların məhsullarının satış imkanlarını genişləndirmək və milli-mədəni irsi təbliğ etməkdir.

Digər fotolar
arrow-up