Zəfər Gününü qeyd edən 100 yaşlı veteran Ağababa İsgəndərov
İkinci Dünya müharibəsi iştirakçısı Ağababa İsgəndərov bu gün 8 Noyabr - Zəfər Gününü qürurla qeyd edənlər arasındadır. Sinəsini 20-dən çox orden və medallarla bəzəyən 100 yaşlı veteran 1926-cı ildə Daşkənd kəndində anadan olub. O, 1943-cü ildə 18 nəfərlə birlikdə cəbhəyə yollanıb. Bir müddət Qoridə hərbi təlim keçdikdən sonra müharibənin ölümsaçan şəhərinə - Sankt-Peterburqa yola düşüb. Orada artilleriya üzrə kursa cəlb olunaraq topçu kimi hərbi texnikanın sirlərinə yiyələnib. Daha sonra isə 416-cı Taqanroq diviziyasında quluq edib. 1945-ci il mayın 2-də Berlin uğrunda gedən döyüşlərdə yaralanıb. Ağababa İsgəndərov 6 ay hospitalda müalicə olunduqdan sonra öz doğma kəndinə yollanıb və burada kənd təsərrüfatı ilə məşğul olub. Döyüşlərdə şücaət göstərmiş qəhrəman bugünkü ömrünü 10 övladının – 4 oğul və 6 qızın, eləcə də 24 nəvə və 14 nəticənin əhatəsində davam etdirir.
