Kateqoriyalar
Sırala
ID 0154407

Ebru sənəti ustası Məryəm Bağırlı

Su üzərində rənglərin rəqsi kimi tanınan ebru sənəti səbr, incə zövq və yaradıcılıq tələb edən qədim sənət növlərindən biridir. Bu sənətin incəliklərini yaşadan sənətkarlardan biri də Məryəm Bağırlıdır. 3 iyun 1997-ci ildə anadan olan Məryəm Bağırlı ebru sənəti ilə ilk dəfə 2016-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil aldığı zaman tanış olub. 2014–2018-ci illərdə bakalavr, 2019–2021-ci illərdə isə ərəb dili və ədəbiyyatı üzrə magistratura təhsili alıb. 2022-ci ildən fərdi dərslər vasitəsilə bu sənəti daha dərindən öyrənərək peşəkar fəaliyyətə başlayıb. Onun ebru sənətinə yönəlməsinin əsas məqsədlərindən biri Vətən müharibəsindən sonra şəhid övladlarını bir anlıq da olsa qayğılarından uzaqlaşdırmaq və onlara müsbət emosiyalar yaşatmaq olub.

Digər fotolar
arrow-up