Kateqoriyalar
Sırala
ID 0154525

Saatsaz Hacı Fətəliyev

Saat ustası Hacı Fətəliyev 1955-ci ildə Bakı şəhərində anadan olub. O, saatsazlıq sənətinə 1971-ci ildə, 16 yaşı tamam olduqdan sonra başlayıb. Sumqayıt Şəhər Məişət Xidməti İdarəsində yəhudi ustanın yanında şagird kimi fəaliyyətə başlayan Hacı Fətəliyev cəmi altı ay ərzində bu sənətin incəliklərini öyrənib. Həmin müddətdə dövlət tərəfindən ona şagirdlik təqaüdü də ödənilib. 1972-ci ildən etibarən Sumqayıt şəhərində müstəqil saat ustası kimi işləməyə başlayıb. Aradan keçən onilliklərə baxmayaraq, Hacı Fətəliyev bu gün də sevdiyi sənətini davam etdirir, saatlara yenidən həyat verir.

Digər fotolar
arrow-up