Kateqoriyalar
Sırala
ID 0154638

“Barselona”nın "Sabah"la oyunöncəsi mətbuat konfransı və məşq prossesi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la qarşılaşacaq İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik və futbolçusu Frenki de Yonq oyunöncəsi mətbuat konfransı keçiriblər. Onlar Azərbaycan təmsilçisinin oyun üslubu, qarşılaşmaya hazırlıq və qələbə hədəfləri barədə fikirlərini bölüşüblər. Hans-Diter Flik “Sabah”ın baxımlı futbol oynamağı sevən və özünəməxsus oyun sisteminə malik komanda olduğunu bildirib. O, rəqibə hörmətlə yanaşdıqlarını və Bakıda üç xal qazanmaq istədiklərini vurğulayıb. “Sabah” yaxşı futbol oynayan komandadır. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Məqsədimiz qələbə qazanmaqdır”, – deyə baş məşqçi bildirib. Flik Lamin Yamalın Bakıya gəlməməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, futbolçunun vəziyyəti qiymətləndirildikdən sonra evdə qalması məqsədəuyğun hesab edilib. Mütəxəssis Yamalın həftəsonu keçiriləcək oyuna hazır olacağına ümid etdiyini deyib. Frenki de Yonq isə “Sabah”ın müdafiədən hücuma sürətlə keçən, hücumlarını arxadan quran və yaxşı futbol nümayiş etdirən komanda olduğunu qeyd edib. Niderlandlı yarımmüdafiəçi qələbə üçün yaxşı oyun sərgiləməli olduqlarını bildirib. Flik əlavə edib ki, “Barselona” kimi klublarla qarşılaşmaq “Sabah” üçün xüsusi hadisədir və Azərbaycan təmsilçisinin meydana yüksək motivasiya ilə çıxacağını gözləyir. Mətbuat konfransından sonra “Barselona” Bakı Olimpiya Stadionunda oyunöncəsi məşqə çıxıb. Hans-Diter Flikin rəhbərliyi altında keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Futbolçular əvvəlcə isinmə hərəkətləri yerinə yetirib, daha sonra müxtəlif fiziki və taktiki tapşırıqlar üzərində çalışıblar.

Digər fotolar
arrow-up