Kateqoriyalar
Sırala
ID 0154681

Ceyhun Bayramov və Kestutis Budrisin birgə mətbuat konfransı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov (sağ) və Litvanın xarici işlər naziri Kestutis Budris (sol) Bakıda keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında ikitərəfli münasibətlər, strateji əməkdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunub. Ceyhun Bayramov bildirib ki, iki ölkə arasında strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Nazirlər BMT, Avropa İttifaqı, ATƏT və NATO çərçivəsində əməkdaşlığı da müzakirə ediblər. Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, Vaşinqton görüşündən sonrakı proseslər və TRIPP layihəsinin icrası barədə fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov qeyd edib ki, hazırda Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Ötən il Azərbaycana Litvadan 3 000-dən çox turist gəlib. Nazir iki ölkə arasında birbaşa aviareyslərin açılmasının vacibliyini vurğulayıb.

Digər fotolar
arrow-up