Kateqoriyalar
Sırala
ID 0154735

UEFA Çempionlar Liqasının liqa mərhələsinin "Sabah" - “Barselona” oyunu

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində “Sabah” və İspaniyanın “Barselona” komandaları arasında keçirilən qarşılaşma başa çatıb. Bakı Olimpiya Stadionunda baş tutan görüş qonaq komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 31-ci dəqiqəsində “Barselona”nın futbolçusu Entoni Qordon hesabı açaraq komandasını önə keçirib. O, 51-ci dəqiqədə yenidən fərqlənərək dubl edib və hesabı 2:0-a çatdırıb. Görüşün 55-ci dəqiqəsində Kərim Adayemi kataloniyalıların üçüncü qolunu vurub. 60-cı dəqiqədə isə Qabriel Jezus fərqi artıraraq hesabı 4:0 edib. “Sabah”ın futbolçusu Coy-Lens Mikels komandasının təsəlli qolunu vurub. Bununla da qarşılaşma “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər fotolar
arrow-up