Kateqoriyalar
Sırala
ID 0154949

Ceyhun Bayramovun Marqus Tsahkna ilə Bakıda keçirilən mətbuat konfransı

Azərbaycan-Estoniya münasibətlərinin inkişafı, Avropanın enerji təhlükəsizliyi, yaşıl enerji layihələri və nəqliyyat əlaqələri Bakıda keçirilən görüşün əsas müzakirə mövzuları olub. Tərəflər həmçinin Azərbaycan vətəndaşları üçün viza prosedurlarının liberallaşdırılması məsələsini də diqqətdə saxlayıblar. Xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib ki, tərəflər Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna dair fikir mübadiləsi aparıblar. Onun sözlərinə görə, müzakirələr zamanı Avropaya qaz təchizatı, eləcə də Avropa İttifaqının dəstəyi və üzv ölkələrin iştirakı ilə həyata keçirilən yaşıl enerji layihələri diqqət mərkəzində olub. Nazir qeyd edib ki, görüşdə Orta Dəhliz məsələsi də müzakirə edilib. Bu nəqliyyat marşrutu həm Azərbaycanın, həm də Estoniyanın maraqları ilə üst-üstə düşür. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna isə ölkəsinin Azərbaycan üçün viza məsələlərinin liberallaşdırılması prosesini dəstəklədiyini bildirib.

Digər fotolar
arrow-up