Kateqoriyalar
Sırala

"Ağ Şəhər"də açılışı olan "Qarabağ atları" heykəltaraşlıq kompleksi, Zaman meydanı və piyada körpüsü

Dekabrın 29-da "Bakı Ağ Şəhər"də "Qarabağ atları" heykəltaraşlıq kompleksi, Zaman meydanı və piyada körpüsünün açılışı baş tutub. Vətən müharibəsindəki Qələbəmizə həsr edilmiş və milli irsimizin rəmzi olan "Qarabağ atları" heykəltaraşlıq kompleksi eyniadlı meydanda ucaldılıb. Kompleksdə "Soltan", "Ürək", "Sereyin", "Aypara", "Şöhrət", "Ötqəm" və "İldırım" adlı ümumilikdə 7 Qarabağ atının heykəli var. Bu kompleksin təməlini 2022-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qoyub. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb. 8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Uzunluğu 234, eni 7-13 metr arasında dəyişən körpü isə “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.

Çəkiliş tarixi: 30 dekabr 2025
Şəkillərin sayı: 43
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up