Kateqoriyalar
Sırala

Bakı Konqres Mərkəzində keçirilən IV İqlim Həftəsinin üçüncü günü

Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizə, iqlim maliyyələşməsi və qəbul olunan qərarların real fəaliyyətə çevrilməsi məsələləri müzakirə olunur. Sentyabrın 7-dən 11-dək davam edən tədbir UNFCCC-nin Bakı İqlim Həftəsi çərçivəsində təşkil olunur. Həftə ərzində dövlət nümayəndələri, beynəlxalq təşkilatlar, biznes, investorlar, alimlər, gənclər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gəlir. Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev bildirib ki, beynəlxalq iqlim əməkdaşlığı əvvəlki illərlə müqayisədə daha mürəkkəb şəraitdə həyata keçirilir. Onun sözlərinə görə, ekstremal istilər şəhərlərin dayanıqlığını sınağa çəkir və COP qərarlarının real layihələrə çevrilməsi vacibdir. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Azərbaycanın COP29-dan sonra iqlim liderliyini davam etdirdiyini vurğulayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seraqeldin isə dünyada iqlim fəaliyyətini maliyyələşdirmək üçün kapital çatışmazlığının olmadığını, əsas məsələnin həmin vəsaitin düzgün layihələrə və mexanizmlərə yönəldilməsi olduğunu deyib. COP31-in yüksək səviyyəli iqlim çempionunun baş müşaviri Kristian Mensa iqlim üzrə əldə olunan nəticələrin növbəti COP-ları gözləmədən həyata keçirilməsinin vacibliyini bildirib. COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə əsas suallardan birinin iqlim maliyyəsinin fermerlərə və həssas icmalara necə çatdırılması olduğunu qeyd edib.

Çəkiliş tarixi: 09 sentyabr 2026
Şəkillərin sayı: 11
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up