Bakıda keçirilən "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbiri
Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin (AISA) birgə təşkilatçılığı ilə “Dönüş nöqtəsi” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi 2025” adlı tədbir keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd sənaye təhlükəsizliyi sahəsində süni intellektin, texnoloji yeniliklərin tətbiqi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynamaqdır. Zirvədə 10 spiker və 2 moderatorun iştirakı ilə panel müzakirələrin keçirilməsi, eyni zamanda, texnologiya və süni intellektin sənaye təhlükəsizliyinə təsiri, risk zonaları və bu istiqamətdə insan faktorunun rolu barədə müzakirələrin aparılması nəzərdə tutulub.
