"Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Çindən 7 ədəd AC50 tipli lokomotiv alıb. Çindən alınan lokomotivlər artıq Azərbaycana çatdırılıb. Lokomotivləri Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti istehsal edib. Bu ilin iyununda ADY ilə "CRRC Ziyang" arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alınmasına dair müqavilə də imzalanıb. Həmin lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur.
Çəkiliş tarixi: 18 sentyabr 2026
Şəkillərin sayı: 20
