Kateqoriyalar
Sırala
ID 0150516

"Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb

Çindən Azərbaycana gətirilən AC50 tipli yeni lokomotivlərlə 5-6 min ton yük daşımaq mümkün olacaq. Bu lokomotivlərdə idarəetmə və digər əsas sistemlər elektronlaşdırılıb. Müasir texnologiyaların tətbiqi qatarların daha təhlükəsiz və səmərəli idarə olunmasına imkan yaradır. Yeni lokomotivlərin əsas üstünlüklərindən biri daha çox yük daşımaq imkanına malik olmasıdır. Əvvəlki lokomotivlərlə təxminən 3 min ton yük daşındığı halda, AC50 tipli lokomotivlər 5-6 min ton yükün daşınmasına imkan verir. Bu isə yükdaşıma prosesində səmərəliliyin və qənaətin artmasına şərait yaradır. Azərbaycan Dəmir Yolları tərəfindən Çindən 7 ədəd AC50 tipli lokomotiv alınıb və lokomotivlər artıq Azərbaycana çatdırılıb. Onlar Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti tərəfindən istehsal edilib. Bundan başqa, Azərbaycan Dəmir Yolları ilə “CRRC Ziyang” arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alınmasına dair müqavilə imzalanıb. Həmin lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur.

Digər fotolar
arrow-up