Kateqoriyalar
Sırala

Elm və Təhsil Nazirliyinin yeni tədris ilinə dair keçirilən mətbuat konfransı

2026/2027-ci tədris ilinə hazırlıq və gözlənilən yeniliklər Elm və Təhsil Nazirliyinin keçirdiyi mətbuat konfransında müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev təhsilalanların sayı, yeni məktəblər, müəllimlərin sertifikatlaşdırılması, süni intellekt və şagirdlərin nəqliyyatı ilə bağlı məsələlərə toxunub. Yeni tədris ilində Azərbaycanda təxminən 2,2 milyon nəfərin təhsil alacağı, 124 min uşağın ilk dəfə məktəbə gedəcəyi gözlənilir. Azad edilmiş ərazilərdə 11 məktəbəqədər və 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayacaq. Məktəblər üçün 7 milyondan çox dərslik çap olunub. Müəllimlərin ikinci sertifikatlaşdırılması keçiriləcək, yeni qiymətləndirmə çərçivələri tətbiq olunacaq. Xüsusilə ibtidai sinif müəllimlərinin oxu və oxuyub-anlama bacarıqlarına diqqət yetiriləcək. Sertifikatlaşdırmanın nəticələri əsasında əməkhaqqı yanaşmaları da müzakirə olunur. Nazir süni intellekt məsələsinə də toxunaraq bildirib ki, süni intellekt təhsildə əsas istiqamətlərdən biri olaraq qalır. Emin Əmrullayevin sözlərinə görə, süni intellekt məqsəd deyil, şagirdlərin daha yaxşı öyrənməsinə xidmət edən vasitədir. Məktəbli avtobusu məsələsi ilə bağlı isə şəhər nəqliyyatı və mövcud infrastruktur nəzərə alınaraq monitorinqlərin nəticələrinə əsasən növbəti addımlar müəyyənləşdiriləcək.

Çəkiliş tarixi: 14 sentyabr 2026
Şəkillərin sayı: 12
arrow-up