Kateqoriyalar
Sırala
ID 0150372

Elm və Təhsil Nazirliyinin yeni tədris ilinə dair keçirilən mətbuat konfransı

2026/2027-ci tədris ilində Azərbaycanda 2,2 milyon nəfərin təhsil alacağı gözlənilir. Bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, cari tədris ilində 124 min şagird 1-ci sinifdə təhsilə başlayacaq. E. Əmrullayev əlavə edib ki, azad edilmiş ərazilərdə yeni tədris ilində daha 11 yeni məktəbəqədər təhsil müəssisəsi, həmçinin 4 yeni ümumi təhsil müəssisəsi fəaliyyət göstərəcək. Nazir yeni tədris ili başlamazdan əvvəl 7 milyondan çox dərsliyin çap olunaraq məktəblərə çatdırıldığını da bildirib.

Digər fotolar
arrow-up