Lökbatan qəsəbəsində böyük anbarların birində baş verən güclü yanğın
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Bununla yanaşı, yanğınsöndürmə əməliyyatlarına FHN aviasiya dəstəsinin helikopteri cəlb olunub. Fövqaladə hallar naziri, general-polkovnik Kəmallədin Heydərov yanğın baş verən əraziyə gəlib. Ərazidə zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
Çəkiliş tarixi: 12 may 2026
Şəkillərin sayı: 26
