Kateqoriyalar
Sırala
ID 0143542

Lökbatan qəsəbəsində böyük anbarların birində baş verən güclü yanğın

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb edilib. Fövqaladə hallar naziri, general-polkovnik Kəmallədin Heydərov yanğın baş verən əraziyə gəlib. Ərazidə zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilib. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Digər fotolar
arrow-up