"Miniboss Biznes Məktəbi"nin təşkilatçılığı ilə baş tutan startap forumu
Aprelin 11-i Bakıda "Miniboss Biznes Məktəbi"nin təşkilatçılığı ilə 6-cı Startap Forumu keçirilib. Forum çərçivəsində məktəbin təsisçisi Nərminə Həsənova bildirib ki, "Miniboss Biznes Məktəbi" tərəfindən 6 il ərzində keçirilmiş startap forumlarında 90-dan çox layihə təqdim olunub. Onun sözlərinə görə, bu günki forum 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında baş tutub. Forumda 20 komanda çıxış edib və 20 layihə təqdim olunub. N.Həsənova deyib ki, bundan sonra 2 ay ərzində şagirdlər yenidən bu səhnəyə çıxaraq, artıq qrantlardan istifadə edərək hazır məhsul və xidmətlərini münsiflər heyətinin qarşısında nümayiş etdirəcəklər. O, bu ilin iyulunda İsveçrənin Davos şəhərində uşaqlar və yeniyetmələr arasında startaplar üzrə dünya çempionatı keçiriləcəyini də qeyd edib. Məktəbin direktoru Alina Xələfova isə "Miniboss Biznes Məktəbi"nin Azərbaycanda çox sayda şagirdə həm nəzəri, həm də praktiki biliklər verən yeganə və ilk məktəb olduğunu vurğulayıb. O, məktəbin şagirdlər üçün geniş imkanlar yaratığını, onların müxtəlif biznes turlarda, master-klasslarda iştirak etdiyini söyləyib.
