“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbir
Bakıda "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbir keçirilir. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı bir neçə vacib mərhələdən keçib. Onun sözlərinə görə, vaxtilə Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi inkişafında böyük uğurlar əldə edilib. O qeyd edib ki, biznes mühitinin inkişafı, rəqabətin güclənməsi fərqli çağırışlar ortaya qoyub. Nazir Naxçıvanın ölkə iqtisadiyyatında payının artdığını və bu tendensiyanın gələcək illərdə daha da sürətlənəcəyinin proqnozlaşdırıldığını vurğulayıb. Mikayıl Cabbarov bildirib ki, Zəngəzur dəhlizinin təmin edilməsi bu baxımdan bölgənin daha sürətli inkişafına əhəmiyyətli töhfə verəcək.
