Kateqoriyalar
Sırala

Stolüstü tennisçi Nihad Məmmədov

Stolüstü tennisçi Nihad Məmmədov 2002-ci ildə Şabran şəhərində anadan olub və orada böyüyüb. Şabran şəhər 5 nömrəli tam orta məktəbi bitirib, Azərbaycan İdman Akademiyasında Tennis məşqçiliyi ixtisası üzrə bakalavr, daha sonra isə magistr təhsili alıb. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin baş məşqçi-müəllimi Zakir Cavadovun yetirməsi olan Nihad Məmmədov stolüstü tennis topunu uzaq məsafədən oyuna daxil etmə üzrə qeydə alınan dünya rekordunu yeniləyib və adını Ginnesin rekordlar kitabına yazdırıb.

Çəkiliş tarixi: 15 aprel 2026
Şəkillərin sayı: 7
Fotoqraflar:
Mahir Rustamov
Mahir Rustamov
arrow-up