Kateqoriyalar
Sırala

"Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfrans

Bakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mədəniyyət Nazirliyinin əməkdaşları, din xadimləri və digər rəsmi şəxslər iştirak edirlər. İki paneldən ibarət konfransda İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər rəsmi şəxslər çıxış edəcəklər.

Çəkiliş tarixi: 17 sentyabr 2026
Şəkillərin sayı: 26
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up