XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı
Azərbaycan Respublikası Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 12-14 mart 2026-cı il tarixlərində Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı baş tutub. Mətbuat konfransında Mərkəzin həmsədrləri və idarə heyətinin üzvləri qarşıdan gələn Forumun əsas mövzuları, proqramı və gözlənilən nəticələri barədə media nümayəndələrinə ətraflı məlumat veriblər. "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik, çoxtərəflilik, dayanıqlı inkişaf və geosiyasi çağırışlar kimi aktual məsələlərin müzakirəsi üçün nüfuzlu platforma kimi dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini, siyasətçiləri, alimləri və ekspertləri bir araya gətirəcək.
